“Clean Energy İnvest” MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 50,14 milyon manatdan 54,9 milyon manata çatdırılıb. Beləliklə, kapital 4,76 milyon manat və ya 9,5% artırılıb.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı bundan əvvəl də artırılıb. Belə ki, 2026-cı il iyunda kapital 34,69 milyon manatdan 50,14 milyon manata yüksəldilmişdi.
“Clean Energy İnvest” MMC-nin direktoru Xəyala Mübariz qızı Nağıyevadır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153-dür.







