Çində istehsal sektorunda aktivlik ardıcıl ikinci aydır ki, azalır. Bununla belə, geriləmə tempi zəifləyib. Bu barədə Bloomberg məlumat yayıb.
Avqustun yekunlarına görə, istehsal sektorunda PMI indeksi 49,8 bənd təşkil edib. İyulda bu göstərici 49,2 bənd idi. PMI göstəricisinin 50 bənddən aşağı olması istehsal aktivliyinin azaldığını göstərir.
Xidmət sektorunda da aktivlik zəifləyib. Qeyri-istehsal sektorunda PMI indeksi avqustda 49 bənd olub və iyul ayı ilə müqayisədə dəyişməyib.







