“Merano Baku” ASC 2026-ci ilin 1-ci yarımilliyini 1 milyon 597 min manat mənfəətlə başa vurub. 2025-ci ilin 30 iyun tarixinə şirkətin mənfəəti 1 milyon 483 min manat olub ki, bu da illik müqayisədə 7.7% artım deməkdir.
Banker.az bu barədə ASC-nin yarımillik hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, cəmiyyətin əsas əməliyyat gəlirləri 13 milyon 91 manatdan 14 milyon 124 min manata yüksəlib. Satışın maya dəyəri də 10 milyon 149 min manat təşkil edib (2025-ci ilin 30 iyun tarixində 9 milyon 399 min manat).
Yanvar-iyun aylarında ASC-nin cəmi öhdəlikləri 13 milyon 162 min manatdan 13 milyon 441 min manata, cəmi aktivləri 17 milyon 837 min manatdan 19 milyon 661 min manata, cəmi kapital isə 4 milyon 675 min manatdan 6 milyon 220 min manata çatıb.







