Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.

Banker.az xəbər verir ki, “Manas” beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

photo 2026 08 31 12 41 57 photo 2026 08 31 12 41 35 photo 2026 08 31 12 41 34 photo 2026 08 31 12 41 35 2 photo 2026 08 31 12 41 36
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər