“BQ” ASC cari ilin birinci yarımilini 1 milyon 362 min manat xalis mənfəətlə yekunlaşdırıb.
Banker.az bu barədə ASC-nin 30 İyun 2026-cı il tarixi üzrə maliyyə hesabatıan istinadən xəbər verir.
Dövr ərzində cəmiyyətin faiz gəlirləri 2 milyon 186 min manat, faiz xərcləri 526 352 manat, xalis faiz gəlirləri isə 1 milyon 659 min manat təşkil edib. Haqq və komissiya gəlirlərindən 404 488 manat əldə edən şirkətin ümumi və inzibati xərcləri 670 813 manat olub.
30 İyun 2026-cı il tarixinə “BQ” ASC-nin cəmi aktivləri 9 milyon 489 min manata çatıb ki, bunun da 8 milyon 45 min manatını müştərilərə verilmiş kreditlər və avanslar, 1 milyon 137 min manatını isə pul vəsaitləri təşkil edib.
Şirkətin cəmi öhdəlikləri 7 milyon 243 min manat (o cümlədən 3 milyon 853 min manat buraxılmış qiymətli kağızlar), cəmi kapitalı isə 2 milyon 246 min manat (204 510 manat nizamnamə kapitalı və 2 milyon 41 min manat bölüşdürülməmiş mənfəət) olub.
Xatırladaq ki, “BQ” ASC 2016-cı ildə təsis edilib. Cəmiyyətin əsas fəaliyyəti daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsindən ibarətdir.
Cəmiyyətin yeganə səhmdarı Quliyev Fərman Eldar oğludur. O, şirkətin nizamnamə kapitalının 100%-nə sahibdir. Hesabat dövründə şirkətin direktoru Manafov Rüfət Sabiroviç olub.







