“Caspian Equipment Company” ASC 2026-cı ilin 1-ci yarımilliyini 549 353 manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövründə şirkətin mənfəəti 337 251 manat olub ki, bu da illik müqayisədə 63% artım deməkdir.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında “Caspian Equipment Company” ASC-nin əsas əməliyyat gəlirləri 22% azalaraq 5 milyon 738 min manat, satışın maya dəyəri üzrə xərclər 27.3% azalaraq 4 milyon 366 min manat olub.
Hesabat dövründə şirkətin cəmi aktivləri 13 milyon 955 min manatdan 14 milyon 84 min manata yüksəlib. Şirkətin cəmi kapitalı isə dövrün sonuna 13 milyon 401 min manat təşkil edib (dövrün əvvəlində 12 milyon 851 min manat). Kapitalın artması əsasən bölüşdürülməmiş mənfəətin 3.28 milyon manatdan 3.83 milyon manata çatması hesabına baş verib.
Qeyd edək ki, “Caspian Equipment Company” ASC 18 iyun 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin əsas fəaliyyət istiqamətləri avtomobillərin və minik avtomobili ehtiyat hissələrinin pərakəndə və topdansatışıdır. Cəmiyyətin 100% səhmdarı Rüstəmov Eldəniz Sabir oğludur.







