ABŞ-nin S&P 500 indeksi üzrə fyuçerslər 0,04% artaraq 7 701,75 bənd səviyyəsindədir. Çərşənbə axşamı S&P 500 indeksi 0,25% azalaraq 7 692,78 bəndə, Dow Jones 0,61% geriləyərək 53 238,37 bəndə düşüb, Nasdaq 100 isə 0,08% artaraq 29 458 bəndə yüksəlib.
İnvestorların diqqət mərkəzində Yaxın Şərqdə gərginliyin yenidən artması dayanıb. ABŞ və İran bir ay ərzində ilk dəfə qarşılıqlı zərbələr endiriblər. Bu hadisə Hörmüz boğazında vəziyyətin tezliklə normallaşacağı ilə bağlı ümidləri zəiflədib.
Treyderlər eyni zamanda FED-in faiz dərəcəsini artıra biləcəyi ilə bağlı narahatlıqlarını davam etdirirlər. Hazırda bazar iştirakçıları faiz dərəcəsinin 0,25 faiz bəndi artırılması ehtimalını təxminən 66% qiymətləndirirlər.
Asiya bazarları əsasən Uoll-stritdəki mənfi dinamikanı izləyir. Yaponiyanın Nikkei 225 indeksi 0,29% azalaraq 66 120,23 bəndə, Cənubi Koreyanın Kospi indeksi isə 0,02% geriləyərək 6 818,68 bəndə düşüb. Honq Konqun Hang Seng indeksi 1% azalaraq 25 310,88 bənd səviyyəsindədir, Çinin Shanghai Composite indeksi isə 3 987,55 bənd ətrafında demək olar ki, dəyişməz qalır.
Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlaması fonunda neft qiymətləri də yüksəlməyə davam edir. Brent markalı neft üzrə fyuçerslər 1,01% bahalaşaraq bir barel üçün 91,4 dollara, WTI fyuçersləri isə 1,38% artaraq 86,94 dollara yüksəlib.







