“Prior Leasing” ASC-nin 2025-ci il üzrə xalis mənfəəti 25% artaraq 1.47 milyon manat (ölən il 1.18 milyon manat) olub.
Banker.az bu barədə lizinq şirkətinin 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, şirkətin ticarət fəaliyyətindən daxil olan gəlirləri 2024-cü ildəki 41.53 milyon manatdan 29% artaraq 53.47 milyon manata yüksəlib. Həmçinin lizinq əməliyyatları üzrə faiz gəlirləri də 44% çoxalaraq 3.62 milyon manata çatıb.
Ötən il “Prior Leasing” ASC-nin cəmi aktivləri illik müqayisədə 20.4% artaraq 90.11 milyon manatdan 108.54 milyon manata yüksəlib. Hesabat dövründə şirkətin cəmi öhdəlikləri isə 17% artaraq 97.02 milyon manata çatıb. Şirkətin cəmi kapitalı isə 7.05 milyon manatdan 11.52 milyon manata çatıb.
Bildirək ki, “Prior Leasing” ASC-nin nizamnamə kapitalının 99,88%-i Məcidova Afaq Hüseyn qızına, 0,12 faizi İsgəndərli İlkin Məmməd oğlua məxsusdur.
Qeyd edək ki, “Prior Leasing” 2014-cü ildə təsis edilib və 2019-cu ildən aktiv fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən çoxsaylı texnika istehsalçılarının məhsullarını nağd və ya 40 % dövlət güzəşti ilə lizinqlə satışını həyata keçirməkdir.







