Bu ilin iyul ayı ərzində Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 102 485 müqavilə qeydiyyata alınıb.
“Report”un Büroya istinadən verdiyi xəbərə görə, bunun 15 550-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Cari ilin iyul ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 8 mln. manat olub.
2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 11,4%, sığorta haqlarının məbləğində isə 15,6% azalma müşahidə edilib.
İyul ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin iyun ayı ilə müqayisədə 1,9% azalaraq 77,9 manat təşkil edib.