“Kəpəz BOKT”un 1 milyon manatlıq istiqrazlarına 50 investor sifariş verib

 

“KƏPƏZ BOKT” MMC-nin 1 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac başa çatıb.

Banker.az xəbər verir ki, Bakı Fond Birjasında (BFB) keçirilən hərracda hər birinin nominal dəyəri 100 manat olan 10 min istiqrazın hamısı yerləşdirilib. İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlara ümumilikdə 50 investor tərəfindən 50 sifariş təqdim edilib.

İstiqrazların tədavül müddəti 24 ay, faiz ödənişləri isə aylıqdır. İstiqrazların anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir.

Qeyd edək ki, istiqrazlar BFB-nin Standart Bazar Listinq seqmentinə daxil edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər