“Sellüloz Emal Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Banker.az xəbər verir ki, şirkətin ləğvetmə prosesi ilə bağlı kreditorlar öz tələblərini iki ay ərzində AZ5000, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 31-ci kilometri, ev 3A ünvanına təqdim edə bilərlər.
Xatırladaq ki, 100 min manat nizamnamə kapitalı ilə yaradılmış “Sellüloz Emal Müəssisəsi”nin qanuni təmsilçisi Əli Məmmədovdur.







