BOKT “Embafinans” QSC-nin 3 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac başa çatıb.
Banker.az xəbər verir ki, hərracda hər birinin nominal dəyəri 100 manat olan 30 min istiqrazın hamısı yerləşdirilib. İllik gəlirlilik dərəcəsi 13% olan istiqrazlara 51 investor tərəfindən 51 sifariş təqdim edilib.
İstiqrazların tədavül müddəti 12 ay, faiz ödənişləri isə 3 aydan bir nəzərdə tutulub. İstiqrazlar Bakı Fond Birjasının Standart Bazar Listinq seqmentinə daxil edilib.
İstiqrazların anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.







