6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda “Yaşıl Kart” sığorta müqavilələrinin sayı 33% artıb

Bu ilin iyul ayında Azərbaycanda “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 102 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

 Reportun İcbari Sığorta Bürosuna (İSB) istinadən verdiyi xəbərə görə, bu müqavilələrdən 1 042-si Türkiyə və İrana, 51 müqavilə “Yaşıl Kart” sisteminə daxil olan bütün ölkələrə, 9 müqavilə isə Moldova və Ukraynaya səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

İyulda beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 65 929 manat təşkil edib. “Yaşıl Kart” üzrə bağlanılan müqavilələrin 968-i minik, 72-si yük, 45-i qoşqu, 15-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə nəqliyyat vasitələri ilə bağlı olub.

İyulda “Yaşıl Kart” sistemi çərçivəsində İSB tərəfindən Türkiyədə baş vermiş 2 sığorta hadisəsi üzrə ümumilikdə 6 323 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Cari ilin iyun ayı ilə müqayisədə “Yaşıl Kart” müqavilələrinin sayında 33% artım müşahidə olunub.

Qeyd edək ki, Azərbaycan “Yaşıl Kart” sisteminə 2016-cı ilin əvvəlindən qoşulub.

Son xəbərlər
Digər xəbərlər