Azərbaycanda qadınların orta maaşı kişilərdən 389 manat azdır

Azərbaycanda qadın və kişi işçilərin orta əməkhaqları arasında əhəmiyyətli fərq qalır.

Banker.az-ın məlumatına əsasən, 2025-ci ildə muzdla çalışan qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub.

Beləliklə, qadınların orta aylıq əməkhaqqı kişilərdən 389,4 manat aşağı olub.

Qadınların orta maaşı kişilərin orta maaşının 69,2%-nə bərabərdir. Bu isə orta göstəricilər üzrə təxminən 30,8%-lik fərq deməkdir.

Maaş fərqi iqtisadi fəaliyyət sahələrindən asılı olaraq ciddi dəyişir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər