Dövlət Gömrük Komitəsi Mazımqara buraxılış məntəqəsinin yenidən qurulmasına 10,8 milyon manat xərcləyəcək.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) binalarda cari və əsaslı təmir işlərinin satın alınması ilə bağlı iri həcmli açıq tender elan edib.
Müsabiqə Qazax-Gürcüstan sərhədində yerləşən “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsində infrastrukturun yenilənməsi, eləcə də yeni piyada və sərnişin keçidinin tikintisi işlərini əhatə edir.
Ehtimal olunan qiymət 10 822 314 manat təşkil edir.







