17 C
Baku
Thursday, October 31, 2024

“Amrahbank” nizamnamə kapitalını artırır

“Amrahbank” ASC nizamnamə kapitalını əlavə 20 mln. manat artırır.

Bankdan APA-ya verilən məlumata görə, nizamnamə kapitalının artırılması ilə əlaqədar qərar bankın səhmdarlarının iyulun 26-da keçirilmiş ümumi yığıncağında qəbul olunub.

Bununla əlaqədar işlərin aparılmasına dair İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, 1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ərəb kapitalı ilə fəaliyyət göstərən yeganə bankıdır. Belə ki, Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

“Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Hal hazırda bank baş ofisi, 22 filialı və 1 şöbəsi ilə fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Bərdə ,Şəmkir, Goranboy, Tovuz kimi regionlarını da əhatə edir.
Sosial səhifələrdə payla

Son xəbərlər
Digər xəbərlər