SOCAR-da yeni təyinat

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.

Banker.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Orxan İsmayılov SOCAR-ın Vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.

O, bu ilin mart ayından yeni təyinatadək “SOCAR Upstream Əməliyyatların idarə olunması” şirkətinin Strateji idarəetmə məsələləri üzrə icraçı müşaviri vəzifəsində çalışıb.

Ümumilikdə isə 2015-ci ildən bəri SOCAR-da müxtəlif vəzifələrdə işləyib.

Qeyd edək ki, SOCAR-ın hazırda 10 vitse-prezidenti var.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər