Nüfuzlu maliyyə institutları 2027-ci ildə dollar stabelkoini buraxmağı planlaşdırır

21 maliyyə institutundan ibarət qrup 2027-ci ildə ABŞ dollarına bağlı stabelkoin buraxmağı planlaşdırır. Qrup ilkin mərhələdə avroya, daha sonra isə “Böyük Yeddilik” (G7) ölkələrinin digər valyutalarına bağlı stabelkoinlər təqdim etməyi hədəfləyir.

Banker.az Reuters-ə istinadən xəbər verir ki,ABŞ-ın investisiya bankı “Goldman Sachs”, ABŞ-ın maliyyə xidmətləri şirkəti “Bank of America”, ABŞ-ın investisiya bankı “Citi” və Almaniyanın “Deutsche Bank”ı da daxil olmaqla 21 maliyyə institutu stabelkoin buraxmaq üçün yeni şirkət yaradacaqlarını açıqlayıb.

Təşəbbüs ilk dəfə 2025-ci ilin oktyabrında 10 bankın iştirakı ilə elan edilib. İştirakçılar fəaliyyətlərini avro da daxil olmaqla G7 valyutalarına bağlı stabelkoinlərə genişləndirməyi planlaşdırırlar.

Stabelkoinlər beynəlxalq pul köçürmələrində və kriptovalyuta ticarətində geniş istifadə olunur. 2024-cü ildə kriptovalyuta qiymətlərinin bərpası və Donald Trampın sektora dəstəyi ənənəvi maliyyə sistemində blokçeyn texnologiyasına marağı yenidən artırıb.

Yeni qrup 37 bankdan ibarət və bu ilin sonunda avroya bağlı stabelkoin buraxmaq üçün yaradılan “Qivalis” konsorsiumu ilə rəqabət aparacaq. Hər iki qrupun iştirakçıları arasında İspaniyanın “BBVA” bankı da yer alır. Tramp ailəsinin kriptovalyuta biznesi “World Liberty Financial” da stabelkoin buraxıb.

Bununla belə, bankların buraxdığı stabelkoinlərə tələb hələ də aşağıdır.

El Salvadorda yerləşən stabelkoin şirkəti “Tether” bazarda dominant mövqeyini qoruyur. Şirkət 180 milyard dollardan çox dəyərində dollara bağlı token buraxıb və ABŞ Xəzinə istiqrazlarına investisiyalardan milyardlarla dollar gəlir əldə edib.

Fransanın bankı “Societe Generale” ötən il rəqəmsal törəmə şirkəti vasitəsilə dollarla təmin olunan stabelkoin buraxan ilk iri bank olub. Şirkətin məlumatına görə, token geniş yayılmayıb və hazırda dövriyyədə cəmi 12,5 milyon dollar dəyərində token var.

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard özəl stabelkoinlərin pul siyasəti və maliyyə sabitliyi üçün risklər yarada biləcəyindən narahatlığını bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər