ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını “Tramp boğazı” olaraq dəyişdirməyi təklif edib.
Bu barədə o “Truth Social”da yazıb.
“İndi o, ABŞ-nin nəzarətində olduğuna görə, biz Hörmüz boğazının adını Tramp boğazı olaraq dəyişdirməməliyikmi???” – Tramp bildirib.
Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazındakı İran obyektlərinə hava hücumu edib. İran isə ABŞ-nin Yaxın Şərqdəki bazalarına cavab zərbələri endirib.






