Avqustun 1-də “Azər Türk Bank” ASC-nin “Şirvan” filialının açılışı mərasimi keçirildi. Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi 33 ünvanında yerləşən filial bankın inkişaf konsepsiyasına uyğun olaraq qurulub və müasir bankçılıq texnologiyaları ilə təchiz edilib.
Şirvan şəhərinin, eləcə də ərtaf bölgələrin sakinləri həftəiçi hər gün saat 09.30-dan 17.00-a qədər Azər-Türk Bankın “Şirvan” filialına gəlməklə yüksək keyfiyyətli bank xidmətlərindən yaralana bilərlər. Burada korporativ və fərdi müştərilərə depozitlər, müxtəlif növ kredit məhsulları, kassa hesablaşma əməliyyatları, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətlər təklif olunur.
Qeyd edək ki, bu, Azər Türk Bankın sayca səkkizinci xidmət ofisidir. 2015-ci ildə Bankın Bakı şəhərində “Yasamal” filialı və 5 saylı ASAN Xidmət Mərkəzində 1 saylı şöbəsi yaradılıb. Eyni zamanda “Bakı”, “Mərkəz” və “Gəncə” filiallarının müasir standartlara uyğun qurulmuş yeni ofislərinin açılışı olub.
İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.