“BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı

“BOA Agency” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcəyini elan edib.

Banker.az xəbər verir ki, iclas 4 oktyabr 2026-cı il tarixində, saat 11:00-da Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, 36D ünvanında yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) tutulacaq.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

  1. Cəmiyyətin III rüb üzrə maliyyə nəticələrinin müzakirəsi.

  2. Mənfəət üzrə dividendlərin verilməsi.

  3. Cari məsələlər.

Xatırladaq ki, “BOA Agency” — Azərbaycanda fəaliyyət göstərən kollektor və borc idarəetmə şirkətidir. Şirkət 2011-ci ildə hüquq və maliyyə sahəsi üzrə mütəxəssislər tərəfindən yaradılıb. Əsas fəaliyyəti problemli borcların, kreditlərin və digər öhdəliklərin geri qaytarılmasıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər