Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq baş tutub.
Banker.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O, detalları açıqlamayıb.
“Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”, – Paşinyan qeyd edib.
Qeyd edək ki, avqustun sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü ilə bağlı məlumatların açıqlanacağını bildirib.







