“SuperToys”un idarə etdiyi “Toba Bike”də təsisçi dəyişikliyi – kapitalı azaldılır

Azərbaycan milli velosiped brendi olan “Toba Bike” Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakçı (təsisçi) tərkibində müvafiq dəyişiklik edilir.

Banker.az xəbər verir ki, bu səbəbdən nizamnamə kapitalının məbləği azaldılır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq, Cəmiyyətin kreditorları bu elanın dərc edildiyi tarixdən etibarən qanunvericiliklə müəyyən edilmiş qaydada öz tələblərini irəli sürə bilərlər.

Xatırladaq ki, “Toba” velosipedləri İsmayıllı velosiped zavodunda istehsal olunur. “Toba” velosiped mağazası “SuperToys” MMC şirkəti tərəfindən idarə olunur. “Toba Bike” MMC-nin qanuni təmsilçisi Niyaməddin Məmmədovdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər