“ABB-İnvest İnvestisiya Şirkəti” QSC balansında olan nəqliyyat vasitəsinin satışı üzrə hərrac elan edir.
Banker.az xəbər verir ki, hərrac 5 oktyabr 2026-cı il tarixində saat 10:00-da keçiriləcək.
Satışa çıxarılan avtomobil haqqında məlumat:
-
Marka / Model: Hyundai Elantra (minik)
-
Dövlət nömrə nişanı: 77-PK-755
-
Buraxılış ili: 2021
-
Start qiyməti: 25 800 manat
-
Ödəniləcək 10% beh: 2 580 manat
Hərracda iştirak etmək üçün tələb olunan beh summası “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin müvafiq bank hesabına köçürülməlidir.
Nəqliyyat vasitəsinə baxış hərrac gününədək hər həftənin çərşənbə axşamı (2-ci gün) saat 14:00-dan 16:00-dək Cəfər Cabbarlı 47 ünvanında keçirilir.






