Azərbaycanda ərzaq bahalaşmasını əvvəlcədən göstərən yeni indeks hazırlanıb

Azərbaycan Mərkəzi Bankının yeni tədqiqatında ölkə üçün ərzaq məhsullarının idxal qiyməti indeksi hazırlanıb.

Banker.az xəbər verir ki, araşdırma 2018-ci ilin yanvarından 2026-cı ilin fevralınadək olan dövrü əhatə edir. Hesablamalarda təxminən 800 min gömrük əməliyyatından istifadə olunub. İndeks istehlak səbətinə daxil olan və idxaldan əhəmiyyətli dərəcədə asılı 34 ərzaq məhsulunu əhatə edir.

Tədqiqatın nəticəsinə görə, idxal olunan ərzaqların qiymətindəki dəyişikliklər Azərbaycanda rəsmi ərzaq qiymətlərinin dinamikasını təxminən iki ay əvvəldən göstərə bilir. İki göstərici arasında əlaqə 0,81 səviyyəsinə çatıb.

Bu isə yeni indeksin ölkədə ərzaq inflyasiyasını əvvəlcədən izləmək üçün istifadə oluna biləcəyini göstərir.

Araşdırmada indeksin gələcək dəyişikliklərini proqnozlaşdırmaq üçün maşın öyrənməsi modellərindən də istifadə edilib. Hazırlanan model ənənəvi proqnoz üsullarından daha yüksək nəticə göstərib.

Tədqiqatın müəllifləri Təmkin Nuriyev, Aygün QarayevaGülzar Tahirovadır. Məqalə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üzrə İşçi Məqalələr Seriyasında dərc olunub.

Azərbaycan üçün ərzaq məhsullarının idxal qiyməti indeksinin qurulması və proqnozlaşdırılması

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər