NVIDIA süni intellekt bumunun əsas hərəkətverici qüvvəsidir — The Economist

“Nvidia” artıq 5,4 trilyon dollar dəyərindədir və şirkətin gəliri 2029-cu ilə qədər 1 trilyon dollara çata bilər.

“The Economist” yazır ki, “Nvidia” süni intellekt bumunun əsas benefisiarına çevrilib. Bununla yanaşı, şirkət getdikcə dotkom dövründəki “Cisco” ilə müqayisə edilir.

Nəşrin yazdığına görə, əsas narahatlıq “Nvidia”nın faktiki olaraq “AI bankına” çevrilməsidir. Şirkət müştərilərinə öz GPU-larını almaq üçün maliyyə və zəmanətlər təqdim edir. Onun kredit öhdəlikləri 300 milyard dollara çata bilər.

Lakin 2000-ci ildən mühüm fərq var. “Nvidia”nın 99 milyard dollar nağd vəsaiti, böyük pul axını və təxminən 75%-lik ümumi mənfəət marjası var. Süni intellektə tələbat da artıq realdır: “Anthropic” və “OpenAI” milyardlarla dollar gəlir əldə edir.

“The Economist”in fikrincə, “Nvidia”nın strategiyası uğurlu alınarsa, süni intellekt inqilabı sürətlənəcək. Əks halda, əsas yükü şirkətin səhmdarları daşıyacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər