Azərbaycanda işləməyə icazəsi olan əcnəbilərin yarıya yaxını Türkiyə vətəndaşıdır

2025-ci ilin sonunda Azərbaycanda qüvvədə olan iş icazəsinə malik əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 7 min 990 nəfər olub.

Banker.az-ın məlumatına əsasən, onların 3 min 733 nəfəri Türkiyə vətəndaşıdır. Türkiyə vətəndaşlarının ümumi göstəricidə payı təxminən 46,7% təşkil edir.

Sonrakı yerlərdə 855 nəfərlə Rusiya, 631 nəfərlə Çin, 358 nəfərlə Böyük Britaniya, 292 nəfərlə Pakistan və 286 nəfərlə Hindistan gəlir.

Çin vətəndaşlarının sayı xüsusilə sürətlə artıb. 2024-cü ildə 402 Çin vətəndaşı iş icazəsinə malik olduğu halda, 2025-ci ildə onların sayı 631 nəfərə çatıb. Bu, bir ildə təxminən 57% artım deməkdir.

Türkiyə vətəndaşlarının sayı isə 3 832 nəfərdən 3 733 nəfərə düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər