Xankəndidə orta maaş 1 555 manat, Qaxda 581 manat olub

Azərbaycanda muzdla işləyənlərin orta aylıq əməkhaqqında regionlar arasında böyük fərq müşahidə olunur.

Banker.az-ın məlumatına əsasən, 2025-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 103,2 manat, Bakı şəhərində isə 1 383,4 manat olub.

İnzibati ərazi vahidləri arasında Xankəndi şəhərində orta əməkhaqqı 1 554,7 manat təşkil edib.

Qax rayonunda isə orta aylıq əməkhaqqı 581 manat olub. Beləliklə, Xankəndidəki göstərici Qax rayonundakı orta əməkhaqqından təxminən 2,7 dəfə yüksəkdir.

Digər yüksək göstəricilər Daşkəsəndə 1 255 manat, Zəngilanda 1 008,8 manat və Xocalıda 989,9 manat olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər