Metroda hava tənzimləyicilərinə 432 min manat xərclənəcək

“Bakı Metropoliteni” QSC-nin “Qırmızı və Yaşıl xətləri”ndə tikilmiş ventilyasiya şaxtaları üçün 431.9 min manatlıq avadanlıq alınacaq.

Banker.az xəbər verir ki, bununla bağlı satınalmanın qalibi “HLKT Engineering and Construction” MMC seçilib.

Müqavilənin ümumi məbləği 431 881.18 manat təşkil edir.

Satınalma çərçivəsində “Bakı Metropoliteni” QSC-nin “Qırmızı və Yaşıl xətləri”ndə tikilmiş ventilyasiya şaxtalarında quraşdırılacaq hava tənzimləyici klapanların (dampferlərin) alınması nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər