Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli dollar depozit təklifləri – SİYAHI (sentyabr)

Azərbaycanda bankların ABŞ dollarında müddətli əmanətlər üzrə təklifləri arasında ən yüksək gəlirlilik illik 5%-ə çatıb.

Banker.az-ın 2026-cı ilin sentyabr ayı üzrə müqayisəsinə görə, ən yüksək faiz təklifini “AFB Bank” verir. Bankda 12 və 18 aylıq dollar əmanətləri üzrə müddətin sonunda ödəniş seçildikdə faiz dərəcəsi 5% təşkil edir. “AFB Bank”da 12 aylıq əmanət üzrə aylıq faiz ödənişi 4,5%, 18 aylıqda isə 4,75%-dir.

Növbəti yüksək təkliflərdən biri “Unibank”a məxsusdur. Bank 12 aylıq dollar əmanəti üzrə müddətin sonunda 4,5%, aylıq ödənişdə isə 4% faiz təklif edir.

9 aylıq əmanətlərdə “AFB Bank” 4%, “Paşa Bank” 3,75%, 6 aylıq əmanətlərdə isə “AFB Bank”, “AccessBank”, “Expressbank” və “Paşa Bank” müddətin sonunda 3,5%-dək gəlirlilik təklif edir.

Qeyd edək ki, xarici valyutada illik faiz dərəcəsi 2,5%-dən yuxarı olan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmır.

43534543543

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər