Dövlət şirkəti ASCO ilk yarımildə xalis mənfəətə keçdiyi məlum olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2026-cı ilin ilk yarısını 23,39 milyon manat xalis mənfəətlə başa vurub. Bir il əvvəl şirkətin xalis mənfəəti 618 min manat idi. Öncəki ildəki zərər və kapital dəyişmələri hesabına şirkətin balansındakı bölüşdürülməmiş mənfəət isə 452,42 milyon manatdan 352,95 milyon manata enərək 22% azalıb.

Banker.az xəbər verir ki, hesabat dövründə şirkətin gəlirləri 3,6% artaraq 247,45 milyon manatdan 256,42 milyon manata yüksəlib. Dəniz nəqliyyatı xidmətlərindən gəlirlər 13,2% artaraq 113,11 milyon manat, yük və sərnişin daşımalarından gəlirlər 1,9% azalaraq 127,58 milyon manat, digər gəlirlər isə 9,9% azalaraq 15,73 milyon manat olub. Müqayisə üçün, 2025-ci ilin ilk yarısında maya dəyəri və inzibati xərclərin cəmi 246,25 milyon manat olduğu halda, 2026-cı ilin ilk yarısında ümumi xərclər 236,7 milyon manat təşkil edib ki, bu da 3,9% azalma deməkdir.

30 iyun 2026-cı il tarixinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin cəmi aktivləri 0,3% azalaraq 1 789,67 milyon manat təşkil edib. Cəmi öhdəliklər 18,3% artaraq 603,9 milyon manata, kapital isə 7,7% azalaraq 1 185,76 milyon manata düşüb. Cari aktivlər 85% artaraq 261,82 milyon manata, pul vəsaitləri və onların ekvivalentləri 165,5% artaraq 37,89 milyon manata çatıb. Mal-material ehtiyatları 34,3% azalaraq 34,84 milyon manat olub. Cari ticarət və digər debitor borcları 167,4% artaraq 102,96 milyon manata, ticarət və digər kreditor borcları isə 92% artaraq 57,6 milyon manata yüksəlib.

Şirkətin cari öhdəlikləri illik 134,4% artaraq 158,38 milyon manata, uzunmüddətli öhdəlikləri isə 0,6% artaraq 445,53 milyon manata çatıb. Qısamüddətli borc öhdəlikləri 60,5% artaraq 19,99 milyon manat, uzunmüddətli borclar 3,3% artaraq 418,18 milyon manat olub. Əmlak, tikili və avadanlıqların balans dəyəri 1,5% artaraq 1 280,05 milyon manata, birgə müəssisələrə investisiyalar isə 5,7% artaraq 244,08 milyon manata yüksəlib. Təxirə salınmış vergi öhdəlikləri 41,4% azalaraq 21,67 milyon manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 22 oktyabr 2013-cü ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkili yolu ilə yaradılıb. Şirkət dənizlə yük və sərnişin daşımaları, eləcə də dənizdə neft-qaz əməliyyatlarına nəqliyyat və digər ixtisaslaşmış xidmətlər göstərir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 440,05 milyon manatdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər