“KollektA” səhm kapitalını 51 dəfə artırır

Borcların idarə olunması sektorunda fəaliyyət göstərən “KollektA” ASC nizamnamə kapitalını kəskin artırmağı planlaşdırır.

Banker.az xəbər verir ki, şirkətin hazırda 4 100 manat olan nizamnamə kapitalının 205 min manat artırılaraq 209 100 manata çatdırılması nəzərdə tutulur. Beləliklə, artımdan sonra “KollektA”nın nizamnamə kapitalı mövcud səviyyədən 51 dəfə yüksək olacaq.

Şirkətin səhmdarları Mədəd Rüstəmov və Camal Aydınovdur. Onların hər biri səhmlərin 40%-nə sahibdir. Rəşad Səlimovun payı isə 20% təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər