“PASHA Real Estate Group”da təyinat

PASHA Real Estate Group-da kadr dəyişikliyi olub.

Banker.az xəbər verir ki, Elmir Hüseynov 2026-cı ilin sentyabr ayından etibarən PASHA Real Estate Group-da Aktivlərin idarə edilməsi üzrə direktor vəzifəsinə təyin edilib.

o, 2024-cü ilin aprel ayından bu ilin sentyabr ayına kimi PASHA Real Estate Group-da Maliyyə direktoru kimi çalışıb.

Elmir Hüseynov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Menecment ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Bristol Universitetində (The University of Bristol) İqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb. Eyni zamanda, ADA Universitetində və həmtəsisçisi olduğu BRIDGE Academy-də vergi və maliyyə təlimləri üzrə tədris aparır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər