Azərbaycanda işləyən hər üç əcnəbidən biri tikinti sektorundadır

Azərbaycanda iş icazəsi ilə çalışan əcnəbilərin ən böyük hissəsi tikinti sektorunda cəmləşib.

Banker.az-ın məlumatına əsasən, 2025-ci ilin sonunda qüvvədə olan iş icazəsinə malik 7 min 990 əcnəbi və vətəndaşlığı olmayan şəxsdən 2 min 739 nəfəri tikinti sahəsində çalışıb.

Bu, ümumi sayın təxminən 34,3%-nə bərabərdir.

Mədənçıxarma sənayesində 796, emal sənayesində 711, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 610, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində isə 449 nəfər iş icazəsinə malik olub.

Tikinti sektoru əcnəbi işçi sayına görə digər fəaliyyət sahələrini böyük fərqlə qabaqlayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər