Bakı Fond Birjasında ən böyük dövriyyəsi olan investisiya şirkətləri bəlli oldu – Siyahı

2026-cı ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyə göstəriciləri məlum olub.

Hesabat dövründə əməliyyatların həcminə görə “ABB İnvest İnvestisiya Şirkəti” QSC liderlik edib. Şirkətin cəmi əməliyyatlarının həcmi 24 milyard 457 milyon manat təşkil edib. Bu müddətdə investisiya şirkəti tərəfindən 22 605 əməliyyat icra olunub.

İkinci sırada 9 milyard 787 milyon manat dövriyyə və 47 656 əməliyyat sayı ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşıb.

Lider ilk üçlüyü 5 milyard 214 milyon manat ticarət həcmi ilə “Unicapital İnvestisiya Şirkəti” ASC tamamlayıb (4 199 əməliyyat).

77

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər