SİMA yeni maskotu “Simi”ni təqdim edib

®SİMA Rəqəmsal Həllər Platformasının yeni rəsmi maskotu – “Simi” təqdim edilib. Brendin yeni siması kimi robotik sincab obrazı seçilib.

Sincab təbiətdəki faydalı resursları toplayan, onları qoruyan zəhmətkeş, çevik, pozitiv heyvan kimi tanınır. Bu xüsusiyyətlər isə rəqəmsal dünyada məlumatların təhlükəsiz şəkildə qorunması və rahat istifadəçi təcrübəsi ilə üst-üstə düşür.

“Simi” SİMA Platformasının 5 alt məhsulu üzrə kommunikasiya kanallarında istifadə olunmaq üçün nəzərdə tutulub. Maskotun hazırlanması xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsi və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilib. Odur ki, SİMA-nın yeni vizual strategiyası rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əyləncəli yolla izah etməyi hədəfləyir.

Qeyd edək ki, “Simi” tezliklə SİMA-nın bütün kommunikasiya kanallarında və rəqəmsal interfeyslərində istifadə olunacaq. SİMA platforması dostcanlı və sevimli görünüşə malik olan “Simi” ilə texnologiyanı bütün istifadəçi kütlələri üçün daha anlaşılan və səmimi göstərməyi hədəfləyir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər