Azərbaycan “Huawei” ilə lokal tədqiqat və inkişaf mərkəzlərinin yaradılmasını müzakirə edib

Azərbaycan və “Huawei Technology” şirkəti arasında lokal tədqiqat və inkişaf mərkəzlərinin yaradılması istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Huawei Technology”nin baş vitse-prezidenti Fillip Gan ilə keçirilən görüşdə baş tutub.

Tərəflər həmçinin Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, innovativ texnologiyaların tətbiqi və “yaşıl transformasiya” istiqamətlərində həyata keçirilən tədbirlər, investisiya imkanlarının genişləndirilməsi, texnologiya transferinin təşviqi, insan kapitalının inkişafı, eləcə də rəqəmsal və “yaşıl həllər”in formalaşdırılması, onların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi və bu istiqamətdə yeni əməkdaşlıq imkanlarının yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparıb.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər