Azərbaycanda təcili yardım maşınını telefonla izləmək mümkün ola bilər

Gələcəkdə təcili tibbi yardım çağıran şəxslərin briqadanın hərəkətini mobil telefon vasitəsilə izləməsi mümkün ola bilər.

TƏBİB-dən bildirilib ki, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi çərçivəsində çağırışların operativ idarə olunması, briqadaların koordinasiyası, avtomobillərin GPS vasitəsilə izlənilməsi və hadisə yerinə optimal marşrutun müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Qeyd olunub ki, çağırış edən şəxsin təcili tibbi yardım avtomobilinin hərəkətini mobil telefon vasitəsilə izləməsi beynəlxalq təcrübədə tətbiq olunan həllərdən biridir:

“Gələcək mərhələlərdə texniki imkanlar, məlumat təhlükəsizliyi və xidmətin əməliyyat xüsusiyyətləri nəzərə alınmaqla belə bir funksiyanın tətbiqi imkanları qiymətləndirilə bilər.

Hazırda əsas prioritet çağırışların düzgün yönləndirilməsi və təcili tibbi yardım briqadasının hadisə yerinə çatma müddətinin maksimum dərəcədə azaldılmasıdır”.

Qeyd edək ki, Banqladeş, Böyük Britaniya, Avstraliya və dünyanın bir sıra digər ölkələrində çağırışçıların ambulansların hərəkətini izləməsinə imkan verən GPS sistemləri artıq tətbiq olunur.

MənbəBAKU.WS
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər