İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xatəmül-Ənbiya Qərargahı ABŞ-ın üç İran neft tankerini hədəfə almaqla bağlı təhdidinə münasibət bildirib.
Xatəmül-Ənbiya Qərargahının açıqlamasında bildirilib ki, İran gəmilərinə qarşı hər hansı hücum baş verəcəyi təqdirdə, İran İslam Respublikasının Silahlı Qüvvələri regionda ABŞ-ın bazalarını və maraqlarını sərt şəkildə hədəfə alacaq.







