“Diadem” ASC-nin 2025-ci il üzrə zərəri 2024-cü illə müqayisədə 17.5% və ya 965.8 min manat artaraq 6 milyon 469 min manata çatıb (2024-cü ildə 5 milyon 504 min manat zərər edib).
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
2025-ci ildə ASC-nin gəlirlər 33.2% azalaraq 20 milyon 297 min manata düşüb. Maya dəyəri 2 dəfədən çox azalaraq 15 milyon 949 min manata enib (2024-cü ildə 32 milyon 402 min manat). Sair əməliyyat gəlirlərinin 5 milyon 18 min manatdan 296 min manata düşməsi və 3 milyon 735 min manatlıq sair əməliyyat xərclərinin yaranması səbəbindən şirkət 651 min manat əməliyyat zərərinə düşüb.
Ötən il şirkətin cəmi aktivləri 2024-cü illə müqayisədə 1.3% artaraq 115 milyon 944 min manata çatıb. “Diadem” ASC-nin nizamnamə kapitalı dəyişməyərək 3 milyon 100 min manat qalsa da, ödənilməmiş zərərin 3.5 milyon manatdan 9.9 milyon manata çatması səbəbindən cəmi kapital minusa düşərək mənfi 6 milyon 878 min manat təşkil edib







