“Legion Financial”ın səhmdarlarının paylarında dəyişiklik olub.
Banker.az xəbər verir ki, şirkətin səhmdarlarından Turan İsmayılovun payı 39,64%-dən 37,53%-ə, Rövşən Soltanovun payı 10,23%-dən 10,17%-ə, Böyükağa Məmmədovun payı isə 14,07%-dən 13,32%-ə düşüb.
Bunun əksinə, Ramin Süleymanlının şirkətdəki payı 31,2%-dən 32,69%-ə, Belarus vətəndaşı Kolas Konstantinin payı isə 4,86%-dən 6.29%-ə yüksəlib.







