IEA: Azərbaycan avqustda “OPEC+” kvotasından gündəlik 150 min barel geri qalıb

Azərbaycanda neft hasilatı avqust ayında gündəlik 400 min barel təşkil edib.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, iyul ayı ilə müqayisədə 44 min barel azdır.

IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın avqust ayında neft hasilatı “OPEC+” sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 150 min barel geri qalıb.

Azərbaycanın “OPEC+” sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər