Husilər Bab əl-Məndəb boğazındakı Perim adasını ələ keçiriblər

Yəməndə husilər Bab əl-Məndəb boğazının mərkəzində yerləşən strateji Perim adasını ələ keçiriblər.

Bu barədə CNN Yəmən hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, adaya nəzarətin ələ keçirilməsi husilərə mühüm beynəlxalq gəmiçilik marşrutlarından birinə nəzarət imkanı yaradır. Bu marşrutla hər gün böyük həcmdə yük, o cümlədən milyonlarla barel neft daşınır.

“Əl-Ərəbiyyə” telekanalı isə husilərin Yəmənin Qırmızı dəniz sahilinin Bab əl-Məndəbədək olan hissəsində bir sıra ərazilərə nəzarəti ələ keçirdiyini bildirib.

Husi hərəkatının sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanına bağlı gəmilər istisna olmaqla, Yəmən ətrafındakı gəmiçilik yollarının digər gəmilər üçün açıq olduğunu açıqlayıb.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər