“Kapital Bank”ın səhmdarlarının sturkturunda dəyişiklik olub

“Kapital Bank” ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi “PAŞA Holding” MMC-dən “Bir Ekosistem” MMC-yə ötürülüb.

Banker.az xəbər verir ki, “Bir Ekosistem” MMC “Kapital Bank”ın 16 milyon 593,2 min ədəd adi səhminə sahibdir. Bu, bankın nizamnamə kapitalının 77,3328%-nə bərabərdir.

Əvvəlki açıqlamada həmin 16 milyon 593,2 min adi səhm birbaşa “PAŞA Holding” MMC-yə məxsus idi. Beləliklə, bankın əsas adi səhm paketi qrup daxilində “PAŞA Holding”dən “Bir Ekosistem”ə keçirilib.

Yeni strukturda “PAŞA Holding”in bankdakı birbaşa payı 3,7482% təşkil edir. “PAŞA Sığorta” ASC 7,523%, “PAŞA Həyat Sığorta” ASC 3,7615%, “BLESS” MMC və “REVERİ” MMC isə hər biri 2,8185% paya sahibdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər