Azərbaycanda inflyasiya səviyyəsi enerji daşıyıcılarının dəyərinin artmasına baxmayaraq nisbətən mülayim qalmaqda davam edir.
Bu barəd Banker.az “Moody’s” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
“Proqnozlarımıza görə, Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda inflyasiyanın median göstəricisi 2026-2027-ci illərdə təqribən 5 % təşkil edəcək ki, bu da praktiki olaraq 2025-ci il səviyyəsi ilə uyğunluq təşkil edir. Enerji resursları və daşınma xərclərinin artması inflyasiya təzyiqini gücləndirir, daxili amillər – kommunal xidmətlər və enerji daşıyıcıları üzrə tariflərin islahatı, subsidiyaların optimallaşdırılması və əməkhaqqının davamlı artımı isə hələ də dezinflyasiya prosesini ləngidir”, – analitiklər hesab edirlər.
“Moody’s” mütəxəssislərinin qiymətləndirmələrinə əsasən, ən yüksək inflyasiya səviyyəsi Mərkəzi Asiya ölkələrində, ilk növbədə Qazaxıstan, Qırğız Respublikası və Özbəkistanda qeydə alınır, Ermənistan, Gürcüstan və əksər Qərbi Balkan ölkələrində isə inflyasiya prosesləri daha sərt nəzarət altındadır.
“Ukrayna ümumi mənzərədən istisna təşkil edir, buna səbəb hərbi əməliyyatlar nəticəsində təchizat zəncirlərinin pozulması və enerji infrastrukturunun dağılmasıdır. Azərbaycanda isə inflyasiya enerji daşıyıcılarının qiymətlərinin artmasına baxmayaraq nisbətən mülayim səviyyədə qalır”, – hesabatda bildirilib.







