Qarabağ Universitetinin Mühəndislik fakültəsinə 11 milyon manat xərclənəcək

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Qarabağ Universitetinin Mühəndislik fakültəsi üçün mebel, avadanlıq və laboratoriya mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tender müsabiqəsinə yekun vurub.

Dövlət satınalmaları portalının rəsmi məlumatlarına əsasən, iri həcmli satınalma müsabiqəsinin qalibi “Viva Medical Group” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Qalib şirkətlə bağlanan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 10 963 825 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər