“Azərişıq” ASC Salyan rayonunun Qarabağlı kəndi ərazisində elektrik şəbəkəsinin yenidən qurulması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tender müsabiqəsinə yekun vurub.
Banker.az xəbər verir ki, dövlət satınalmaları portalının rəsmi məlumatlarına əsasən, satınalma müsabiqəsinin qalibi “Rusnur Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə bağlanan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 4 493 079 manat təşkil edir.
Layihə çərçivəsində Salyan rayonunun Qarabağlı kəndi ərazisində 6 kV-luq SİP-3 hava xəttinin, komplekt transformator məntəqələrinin (KTM) və 0,4 kV-luq elektrik şəbəkəsinin ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) xətlərlə tam yenidən qurulması işləri həyata keçiriləcək.







