Dövlət Sosial Müdafiə Fondunun xərcləri yarım milyard manata yaxın artıb

Dövlət Sosial Müdafiə Fondunun xərcləri bu ilin yanvar-avqust aylarında 5 milyard 494 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 490 milyon manat çoxdur.

Banker.az xəbər verir ki, qeyd olunan dövrdə Fondun gəlirləri isə proqnozla müqayisədə 5 faiz və ya 264 milyon manat çox olmaqla 5 milyard 712 milyon manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 265 milyon manat artaraq 4 milyard 559 milyon manat olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər