CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

2026-cı ilin ilk 6 ayında Azərbaycanın portfel investisiyaları üzrə öhdəlikləri təxminən 2 milyard ABŞ dolları azalıb.

Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, portfel investisiyaları üzrə öhdəliklərin azalmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində emissiya edilmiş avrobondların geri alınması olub.

Samir Nəsirov qeyd edib ki, bu əməliyyat Azərbaycanın xarici borc öhdəliklərinin azalmasına və maliyyə yükünün yüngülləşməsinə səbəb olub.

Qeyd edək ki, 2026-cı ilin ilk 6 ayında kapital və maliyyə hesabında 3 milyard ABŞ dolları həcmində kəsir formalaşıb. Kəsirin əsas amillərindən biri xarici maliyyə aktivlərinin artması və maliyyə öhdəliklərindəki dəyişikliklər olub.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər