Azərbaycanda poliklinika 4 milyon manata əsaslı təmir olunacaq

“İnnovasiya və Təchizat Mərkəzi” 3,95 milyon manatlıq tender elan edib.

Banker.az xəbər verir ki, Səhiyyə Nazirliyinin “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi Sumqayıt şəhərində yerləşən səhiyyə müəssisəsinin yenidən qurulması ilə bağlı iri həcmli açıq tender elan edib.

Müsabiqə Sumqayıt şəhər 2 nömrəli şəhər poliklinikasının (2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin) inzibati binasının fasad daxil olmaqla əsaslı təmiri və rekonstruksiyası işlərinin satın alınmasını nəzərdə tutur.

Tender üzrə ehtimal olunan qiymət 3 milyon 952 min manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər